Prezident İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Bundan başqa, Prezident Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli və Oman Sultanlığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib. pizza hut
Dövlət başçısı hər 3 səfirlə söhbət edib.
Telegram kanalımız