Gürcüstan Milli Bankının açıqladığı son statistikaya əsasən, bu ilin iyun ayında Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı pul köçürmələrinin həcmində artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat ayında Azərbaycandan qonşu ölkəyə 3,32 milyon ABŞ dolları həcmində pul köçürülüb. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 6,93% çoxdur. Ay ərzində Gürcüstana göndərilən ümumi pul köçürmələrində Azərbaycanın payı 0,95% təşkil edib.
Eyni dövrdə Gürcüstandan Azərbaycana yönələn pul vəsaitlərinin həcmində daha böyük artım müşahidə olunub. Belə ki, qonşu ölkədən Azərbaycana 7,67 milyon ABŞ dolları göndərilib ki, bu da illik müqayisədə 33,6% artım deməkdir. Toyuqlu pizza
İyun ayında dünyanın müxtəlif ölkələrindən Gürcüstana ümumilikdə 348,26 milyon dollar vəsait daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən ümumi məbləğ isə 39,8 milyon dollar təşkil edib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız