Rusiya hərbçiləri soyuqların yaxınlaşması fonunda enerji obyektlərinə və digər kritik infrastruktura zərbələr endirirlər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, ötən həftə ərzində Rusiya qoşunları Ukraynaya 1960-dan çox zərbə pilotsuz uçuş aparatı, 1600-dən çox idarəolunan aviabomba və səkkiz raket atıb. Bakıda online alış-veriş
Ukrayna lideri Ukrayna səmasını qorumaq üçün yenidən dəstəyi artırmağa çağırıb.
"Dəstəyin daha çox olması üçün hər gün çalışırıq. Əlavə maliyyə və müdafiə paketləri - ilk növbədə, HHM-in gücləndirilməsi - xilas edilmiş həyat deməkdir. Kömək edən hər kəsə minnətdaram", - Zelenski vurğulayıb./Report
Telegram kanalımız