Yay mövsümü ilə əlaqədar paytaxtdan çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ekspres marşrut xəttini bərpa edir. Sabahdan (şənbə günündən) etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə "Sea Breeze" istirahət mərkəzini birləşdirən 150E nömrəli ekspres avtobuslar fəaliyyətə başlayacaq.
“Yeni Sabah” xəbər verir ki, həftəsonları (şənbə və bazar günləri) xidmət göstərəcək iritutumlu avtobuslar metronun "Koroğlu" stansiyasının cənub çıxışından (piramida tərəfdən) yola düşəcək.
Yol boyu sərnişinlərin rahatlığı üçün avtobuslar aşağıdakı məntəqələrdə dayanacaq: Sezar pizza
Heydər Əliyev prospekti (Bakıxanov qəsəbəsi tərəfdəki yerüstü keçid)
Bakı Ekspo Mərkəzi
Mərdəkan prospekti (Binə qəsəbəsi və Qala yolu ilə kəsişmə)
Buzovna qəsəbəsi (5 nömrəli Peşə Məktəbi)
Bilgəh Kardioloji Sanatoriyası
Bilgəh–Pirşağı yolu (çimərlik zonası)
"Sea Breeze 1" və "Sea Breeze 2"
Hərəkət saatları: 07:00-dan 22:00-dək
İnterval: 30 dəqiqə
Gediş haqqı: 0.90 AZN (ödəniş yalnız nağdsız qaydada həyata keçirilir)
Telegram kanalımız