Rusiya və Azərbaycan AZAL sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll ediblər.


"Yeni Sabah" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


"Bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar və hökumətlərimizin və nazirliklərimizin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etdik", - deyə Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib. Sezar pizza


Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan "Embraer-190" təyyarəsi 25 dekabr 2024-cü ildə Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və beş heyət üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 29 nəfər sağ qalıb; Rusiya səfirliyinin məlumatına görə, onlardan doqquzu rusiyalı olub. Siyahıya əsasən, təyyarədə ümumilikdə 16 Rusiya vətəndaşı olub.


19 iyul 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev rəsmi olaraq rəsmi Bakının təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə kompensasiya ödənilməsində israr etdiyini bildirib. O, Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq üçün sənədlərin hazırlandığını da açıqladı.


 



Telegram kanalımız