Özbəkistanda Azərbaycan sərmayəsi ilə yaradılmış şirkətlərin sayı 473-ə çatıb.
“Yeni Sabah” Özbəkistanın Milli Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, cari ilin 1 iyul tarixinə ölkədə xarici investisiyalı ümumilikdə 20 502 müəssisə fəaliyyət göstərir. Bunlardan 4 611-i birgə müəssisə, 15 891-i isə tam xarici kapitallı şirkətlərdir.
Statistikaya görə, son beş ildə Özbəkistanda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı təxminən 1,4 dəfə artıb ki, bu da ölkəyə xarici sərmayənin artdığını göstərir. Toyuqlu pizza
Azərbaycan da xarici kapitallı şirkətlərin sayına görə ilk on ölkə sırasında yer alır. Belə ki, Azərbaycan sərmayəsi ilə fəaliyyət göstərən 473 şirkətlə ölkə bu siyahıda 7-ci pillədə qərarlaşıb.
Telegram kanalımız