Bu mövzuda yazmaq istəməzdim, amma bəzən susmaq da olmur. İndiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamaram. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə, hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır.
"Yeni Sabah" xəbər verir ki, bunu 5 oktyabr 2023-cü ildən 26 sentyabr 2024-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən Anar İbrahimov bildirib.
"Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub-yaradıb... Sadəcə biz – Naxçıvan camaatı o qədər kor-koranə yaşamışıq ki, bu "dahilərin" qədrini bilməmişik, fərqinə varmamışıq. pizza mizza
Birincisi, bunları ordan-burdan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab Prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ media və kuluarlarda dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm.
İkincisi, bu "kadrların" seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, "Şölə xanımın" şəxsi siyahısı rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu?
Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər traqikomik idarəetmə təcrübəsi görməmişdi. Bunları demək çətindir, amma susmaq da günahdır" - Anar İbrahimov qeyd edib.
"Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.
Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.
Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!
Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!
Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır" - sabiq məmur əlavə edib.
Telegram kanalımız