Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin ilk yarısı üzrə büdcə öhdəliklərinin icrası tam reallaşmayıb. Muxtar Respublikanın Maliyyə Nazirliyindən əldə olunan rəsmi statistikaya əsasən, hesabat dövründə büdcənin daxilolmaları 218,4 milyon manat, reallaşan xərcləri isə 215,7 milyon manat həcmində olub.
“Yeni Sabah” Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilk 6 ayın yekunlarına görə, gəlirlər planı (224,0 milyon manat proqnoza qarşı) 97,5% yerinə yetirilib ki, bu da gözləniləndən 6 milyon manat azdır. Xərclər hissəsində isə daha ciddi kəsir yaranıb; 244,4 milyon manatlıq plandan cəmi 88,3%-i icra olunub, nəticədə nəzərdə tutulan vəsaitdən 30 milyon manat az xərclənib.
Daxilolmaların mənbələri üzrə göstəricilər belədir. Vergi yığımları 112 milyon manatlıq hədəfə qarşı 118 milyon manat (plan üstələnib). Gömrük rüsumları 8,5 milyon manat proqnoza qarşı 8,3 milyon manat, ödənişli xidmətlər büdcə təşkilatlarından gözlənilən 1,5 milyon manat əvəzinə 1,2 milyon manat, sair gəlirlər isə nəzərdə tutulan 0,8 milyon manata qarşı 2 milyon manat. Pepperoni pizza
Muxtar Respublikanın büdcə gəlirlərinin əsas sütununu təşkil edən Bakıdan ayrılan dotasiyada azalma qeydə alınıb. Belə ki, ilin ilk yarısında Naxçıvana mərkəzi büdcədən 100 milyon manat dotasiya köçürülməli olduğu halda, Maliyyə Nazirliyi tərəfindən faktiki olaraq 88 milyon manat (12 milyon manat az) transfer edilib. Yerli daxilolmaların digər sahələrdə 6 milyon manat artıq toplanması gəlirlərdəki bu boşluğu qismən qapatsa da, mərkəzin vəsaiti niyə əskik ödədiyi barədə rəsmi açıqlama verilməyib.
Maliyyə çatışmazlığı regionun xərc bəndlərində özünü birbaşa büruzə verib və ümumi xərclər 12% korreksiya olunub. Maliyyələşməsi azalan əsas istiqamətlər:
Büdcədə ən kəskin azalma regionun iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən iqtisadi fəaliyyət xərclərində qeydə alınıb. Bu istiqamətə yarım il ərzində 12,8 milyon manat yönəldilməsi planlaşdırılsa da, faktiki olaraq cəmi 6,4 milyon manat (2 dəfə az) xərclənib.
Dövlətin regional layihələrə yatırdığı investisiyaları ehtiva edən bu xərclərin kəskin şəkildə ixtisara salınması, yerli iqtisadi dinamika və biznes aktivliyi baxımından mənfi tendensiya kimi qiymətləndirilir.
Telegram kanalımız