Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Dominos pizza


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.



Telegram kanalımız