Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fəaliyyət göstərən pirotexniki vasitələr istehsal edən fabrikdə partlayış olub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.


Bildirilib ki, güclü partlayış nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Toyuqlu pizza


Məlumata görə, hadisə yerində genişmiqyaslı dağıntılar baş verib. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün çalışırlar.


Faktla bağlı araşdırmalara başlanılıb./Axar.az



Telegram kanalımız