Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhənin bir neçə istiqamətində Rusiya ordusunun irəliləyiş əldə etdiyini iddia edib.


"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, Gerasimovun sözlərinə görə, Rusiya ordusunun 25-ci ordusunun bölmələri Krasnı Liman şəhərinin ələ keçirilməsi əməliyyatını başa çatdırmaq üzrədir. O bildirib ki, şəhərdə Ukrayna qüvvələrinin mütəşəkkil müdafiəsi dağıdılıb, hazırda ayrı-ayrı müqavimət ocaqları zərərsizləşdirilir.


Baş Qərargah rəisi əlavə edib ki, Rusiya qoşunları “Svyatıe Qorı” Milli Parkı istiqamətində irəliləyir, həmçinin Svyatoqorsk və Şurov yaşayış məntəqələrində Ukrayna qüvvələrinə qarşı əməliyyatlar aparır. Dominos pizza


Gerasimovun iddiasına görə, 3-cü ordunun bölmələri Slavyansk və Kramatorsk istiqamətində hücum zamanı Piskunovka yaşayış məntəqəsini nəzarətə götürərək Nikolayevka şəhərinin kənarlarına çıxıblar.


O həmçinin bildirib ki, “Cənub” qoşun qruplaşması Konstantinovka istiqamətində irəlilədikdən sonra Alekseyevo-Drujkovka yaşayış məntəqəsinə daxil olub və şəhərdə döyüşlər davam edir.


Gerasimovun sözlərinə görə, Podliman yaşayış məntəqəsində küçə döyüşləri gedir. O bildirib ki, “Qərb”, “Cənub” və “Mərkəz” qoşun qruplaşmalarının əsas məqsədi Donetsk vilayətinin bütün ərazisini nəzarətə götürməkdir.



Telegram kanalımız