İranın cənub-qərbində tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyası (AES) iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.


Bildirilir ki, ABŞ bazar günü yerli vaxtla saat 03:39-da (Bakı vaxtı ilə 04:09 - red.) tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyasının ərazisinə bir neçə mərmi ilə zərbə endirib. Dördpendirli pizza


İran tərəfi hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.


Xatırladaq ki, ABŞ-İran münaqişəsində növbəti eskalasiya iyulun 8-də başlayıb./Oxu.az



Telegram kanalımız