Bu ilin ikinci rübündə hüquqi şəxslərin "Expressbank" ASC-dəki depozitlərinin həcmi 43 milyon 24 min manat təşkil edib.


Plat.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.


Sənədə əsasən, bu, ötən ilin sonun ilə müqayisədə 16,8% azdır. pizza hut


Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 51,681 milyon manat təşkil edib.


İllik müqayisədə isə, hüquqi şəxslərin "Expressbank"dakı depozitlərinin həcmi 5,9% artıb. Belə ki, ötən ilin ikinci rübündə bankdakı sözügedən depozitlərin həcmi 40 milyon 617 min manat olub.



Telegram kanalımız