ABŞ-nin İrana qarşı ardıcıl 13-cü gecə hücumlarından sonra ən azı 55 nəfər ölüb, 645 nəfər yaralanıb.


"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Ən çox itki cənub-qərbdəki Xuzistan, eləcə də cənubdakı Hörmüzqan, Sistan və Bəlucistan əyalətlərində qeydə alınıb. Sezar pizza


645 yaralıdan 586-sı müalicədən sonra evə buraxılıb, bir neçə nəfər isə ambulator yardım alıb. 8 yaralı xəstəxanalarda qalır, bəzilərinin əlavə əməliyyata ehtiyacı var.



Telegram kanalımız