Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.


“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.


Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır: Dominos pizza


"6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Tərlan Quliyev;


"10 №-li Yol İstismarı” MMC – direktoru Naməddin Qədirov;


"11 №-li Yol İstismarı” MMC – direktoru Tərlan Məmmədov;


"12 №li Yol İstismarı” MMC – direktoru Rəhman Qədirzadə;


"13 №li Yol İstismarı” MMC – direktoru Əhməd Mirzəbəyov;


"15 №li Yol İstismarı” MMC – direktoru Nizami Sarıyev;


"20 №li Yol İstismarı” MMC – direktoru Zahir Səmədov;


"33 №li Yol İstismarı” MMC – direktoru Mirtağı Abasov;


"45 №li Yol İstismarı” MMC – direktoru Əlirahim Kazımov;


"50 №li Yol İstismarı” MMC – direktoru Ruslan Babayev;


"Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC – direktoru Nizami Məmmədov.


Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.



Telegram kanalımız