Tanınmış penitensiar xidmət əməkdaşı, Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan Sadıqov vəfat edib.


“Yeni Sabah” Sfera.az-a istinadla xəbər verir ki, Elxan Sadıqov uzun illər Azərbaycan penitensiar sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.


O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib. Bundan əvvəl isə Şüvəlan İstintaq Təcridxanasına, həmçinin 10 və 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. Sezar pizza


Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Qeyd edək ki, saat 11:30-da Mirmövsüm Ağa məscidindən götürüləcək.


Allah rəhmət eləsin.



Telegram kanalımız