Şimali Kuril adaları yaxınlığında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.


Onun sözlərinə görə, zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 106 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkan iyulun 26-da yerli vaxtla saat 10:40-da (Bakı vaxtı ilə 03:40) qeydə alınıb. pizza sifarişi


Semyonova bildirib ki, zəlzələ Severo-Kurilsk şəhərində hiss edilsə də, sunami təhlükəsi elan olunmayıb.



Telegram kanalımız