Küləkli hava şəraiti ilə əlaqədar təcili yardıma 2 çağırış qeydə alınıb.


"Yeni SAbah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.


Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. pizza mizza


Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.



Telegram kanalımız