Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zamin Əliyev İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.


"Yeni Sabah" onun tərcümeyi-halını təqdim edir.


Zamin Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub. Toyuqlu pizza


2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavrını, 2002-ci ildə magistraturasını bitirib.


2001-2005 - Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi


2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi, 2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi,  2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru, 2017-2020-ci illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri, 2020-2021-ci illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini, 2021-2024-cü illərdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini vəzifələrini tutub.


O, 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərində baş konsulu təyin olunub.                                                                                              


Türk, ingilis və rus dillərini bilir.


Evlidir, 3 övladı var.



Telegram kanalımız