Bakıda 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.


Qəbul iyulun 29-u saat 11:00-dan etibarən başlayır. pizza hut


Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.


Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:


Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi


Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey


Bakı şəhəri "Zəngi" liseyi


Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi


Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi



Telegram kanalımız