İyulun 29-da "Azadlıq prospekti" metrostansiyasında qatarların hərəkətində problem yaranıb.


"Yeni Sabah" unikal.az-a istinadla xəbər verir ki, ödəniş edib platformaya düşən sərnişinlərə qatarların hərəkət etmədiyi deyilib.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi-Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb: pizza hut


"Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa olunub və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib".




Telegram kanalımız