Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Yeni Sabah” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, “VAZ 21015” və “Hyundai” markalı avtomobillər toqquşub. Dominos pizza


İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Əli Əsgərov, 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova xəsarət alıb.


Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.\Qafqazinfo





Telegram kanalımız