Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyev özünə yeni köməkçi təyin edib.


“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla bildirir ki, icra başçısı bununla bağlı əmr imzalayıb.


Əmrə əsasən, bu vəzifəyə Şamil Bayramlı təyin olunub. O, yeni təyinatadək Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda məsləhətçi işləyib. Dördpendirli pizza


Xatırladaq ki, daha əvvəl başçının köməkçisi vəzifəsində İlkin Əmirli çalışıb. O, bu ilin mart ayında işdən çıxarılıb.



Telegram kanalımız