Avqustun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.


Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb. Sezar pizza


İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.


Aytac Əliyeva



Telegram kanalımız