Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qəza olub.


"Yeni Sabah" xəbər verir ki, "UAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirib və çmaşın yoldan çıxaraq aşıb.


Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pepperoni pizza


TƏBİB-in məlumatına görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib.


Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.


Digər 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.


 



Telegram kanalımız