Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.


“Yeni Sabah” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Toyuqlu pizza


Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Əlavə məlumat veriləcək.


 



Telegram kanalımız