Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Şahin Yusifov təqaüdə yola salınıb.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.


Avqustun 5-də keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şahin Yusifovun uzunillik fəaliyyətindən danışaraq onun məhkəmə-hüquq sisteminin inkişafına mühüm töhfələr verdiyini bildirib. Marqarita pizza


Qeyd edək ki, Şahin Yusifov 2007-ci ildən Ali Məhkəmənin hakimi, 2010–2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vəzifəsində çalışıb. Onun fəaliyyəti dövlət tərəfindən "Tərəqqi" medalı və II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə qiymətləndirilib.


Aytac Əliyeva



Telegram kanalımız