Azərbaycanda avqustun 11-dək bəzi ərazilərdə leysan, şimşək və dolu gözlənilir.


Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, avqustun 9-u axşam saatlarından başlayaraq 11-dək Azərbaycanın qərb rayonlarından başlayaraq əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Pepperoni pizza


Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.


Məlumata görə, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.



Telegram kanalımız