Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.


"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.


Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub. pizza hut


Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız