Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) üzərindən aparılan əməliyyatların həcmi artıb.


“Yeni Sabah” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında NKA-lar vasitəsilə 17 milyard 588,4 milyon manatlıq dövriyyə qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artıb.


Avqustun 1-nə olan məlumata görə, Azərbaycanda ümumilikdə 115 289 yeni nəsil NKA quraşdırılıb. Pepperoni pizza


Dövlət Vergi Xidməti bildirir ki, yeni nəsil kassa aparatlarının tətbiqi hesablaşmaların şəffaflığını artırır, qeyri-qanuni mal dövriyyəsinin qarşısının alınmasına və sahibkarların dövriyyəsinə daha effektiv nəzarətə şərait yaradır.



Telegram kanalımız