Ermənistan bir neçə ildir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dondurub və geri dönüş yolu görmür.


"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu "Vətəndaş Müqaviləsi" fraksiyasından olan parlament üzvü Sarqis Xandanyan bildirib.


O, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanın KTMT-dəki səsvermə hüququndan məhrum edilməsi məsələsi barədə bəyanatını şərh edib:  Dominos pizza


"KTMT-də iştirakımızı intensivləşdirməyə məcbur edə biləcək heç bir səbəb və ya hal yoxdur. Ermənistanın iştirakını dondurmasına səbəb olan problemləri bilirsiniz və bu problemlər hələ də həll olunmayıb".


 



Telegram kanalımız