Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Bu barədə "Yeni Sabah"a TƏBİB-dən bildirilib.


Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub. Marqarita pizza


Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.



Telegram kanalımız