Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb.


"Yeni Sabah" xəbər verir ki, Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.


Onların ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlər Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır. Marqarita pizza


Faktla bağlı araşdırma başlanılıb.



Telegram kanalımız