Yevlaxda 2 nəfərin öldüyü avtoqəza ilə bağlı istintaqa başlanılıb.


"Yeni Sabah" xəbər verir ki, magistral yolun Salahlı kəndindən keçən hissəsində Aqşin Hüseynovun idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil Akif Hacıyevin idarə etdiyi "Lifan" markalı avtomobillə toqquşub.


Nəticədə sonuncu şəxs və sərnişini Sabir Hacıyev hadisə yerində ölüblər. pizza


Həmin avtomobildə olan digər sərnişinlər - Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudov xəsarət alıblar.


Fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.



Telegram kanalımız