Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Pepperoni pizza


Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırmalar aparılır./Oxu.az



Telegram kanalımız