"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, futbolçu "Neftçi" ilə matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra əsəblərinə hakim ola bilməyib.
O, meydanı tərk edərkən şüşə qapıya zərpə endirib. Sezar pizza
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. 24 yaşlı yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönəcək.
Xatırlatma: "Sumqayıt" - "Neftçi" matçı qonaqların qələbəsi ilə nəticələnib - 3:1.
22 yaşlı futbolçu ilə 2025-2026-cı il mövsümünün sonunadək anlaşma əldə olunub.
Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan S.Abdullazadə 15 yaşı olarkən, 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt edib. Premyer Liqada 79 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub. Futbolçu U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.
Telegram kanalımız