Bakıda külək güclənəcək, rayonlarda isə leysan və dolu gözlənilir.


"Yeni Sabah" xəbər verir ki, Meteorologiya Xidməti yaxın günlər üçün hava proqnozunu açıqlayıb.


Məlumata görə, avqustun 20-si gündüzdən 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. pizza hut


Avqustun 22-23-də isə paytaxt və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim cənub-şərq küləyi əsəcək, temperatur 30-35 dərəcə isti olacaq.


Rayonlarda avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Fasilələrlə yağıntı yağacaq, bəzi yerlərdə leysan xarakterli intensiv yağış, şimşək və dolu ehtimalı var.


Avqustun 22-23-də rayonlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Aran rayonlarında temperatur 33-38, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti olacaq.


Qeyd edək ki, avqustun 19-dək ölkədə temperatur 17 gün normadan 0,4-5,2 dərəcə yüksək olub. Ayın 9-da isə temperatur normadan 5,2 dərəcə yüksək qeydə alınıb və həmin gün maksimal temperatur 38,6 dərəcə təşkil edib.


Aytac Əliyeva



Telegram kanalımız