UEFA Konfrans Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq.


"Yeni Sabah" xəbər verir ki, Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Matçı Albaniyadan olan baş hakim Yucin Caya idarə edəcək. pizza mizza


Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.



Telegram kanalımız