Salyanda yol qəzası olub, ölən və yaralananlar var.


"Yeni Sabah" xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb. Sezar pizza


Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.


Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır./Report



Telegram kanalımız