Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb. pizza hut


İlkin məlumatlara görə, ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.


Qeyd: digər seysmoloji mənbələr bu gün baş verən zəlzələnin maqnitudasını fərqli - 6,7 və 7,2 kimi qiymətləndirib; məlumatlar yenilənir./Report



Telegram kanalımız