Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.


"Yeni Sabah" xəbər verir ki, 29 yaşlı hücumçu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında adını tabloya yazdırıb.


Start heyətdə meydana çıxan Emreli 27-ci dəqiqədə fərqlənib. Toyuqlu pizza


Hazırda 1-ci hissə başa çatıb və hesab 1:1-dir.


Qeyd edək ki, bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.



Telegram kanalımız