Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.


"Yeni Sabah" xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.


60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub. Dominos pizza


Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.


Xatırladaq ki, Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.



Telegram kanalımız