"Sevilya" "Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvilini transfer edib.


"Yeni Sabah" xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir. pizza


Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün "Atletik"lə keçiriləcək səfər oyununa yollanıb.


Gürcüstan millisinin üzvü ötən mövsüm "Sportinq"in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İspaniyada "Levante"nin formasını geyinib.



Telegram kanalımız