18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı azalıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


2025-ci ildə 877 nəfər 18 yaşı olmayan qadın ana olub. Bu rəqəm 2024-cü ildə 1279 nəfər olub. Pepperoni pizza


Ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək oğlan və qızların sayı 117 olub.


Nikahı qeydə alınan qızların sayı 116, oğlanların sayı isə 1 olub. Bu rəqəmlər 2024-cü ildə isə 185-in 0-a nisbətdə olub.


Nikahların ümumi sayı isə 2025-ci ildə 48 546, 2024-cü ildə isə 49 508 olub.


Xatırladaq ki, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur.



Telegram kanalımız