Keçmiş prezident Robert Koçaryan və “Taşir Qrupu”nun rəhbəri Samvel Karapetyan təmsil olunan müxalifət KTMT sülhməramlılarının ölkəyə daxil olmasını istəyir.


“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.


"Məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasıdır. KTMT sülhməramlıları və ümumiyyətlə xarici sülhməramlılar olmayacaq”, - deyə Paşinyan parlamentdə "Ermənistan" və "Güclü Ermənistan" müxalifət fraksiyalarına müraciətində bildirib. pizza hut


“Bu olmayacaq, çünki sülh bərqərar olub, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - deyə Paşinyan əlavə edib.



Telegram kanalımız