Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dili tədris ediləcək.


“Yeni Sabah” xəbər verir ki, hazırda Bakıda dilin tədrisi ilə məşğul olan kurslar da fəaliyyət göstərir.


Dərslər Ermənistanda tədris olunan kitablarla keçirilir. 1 ay müddətində əlifba öyrədilir sonra isə danışıq dərslərinə başlanılır. Sezar pizza


7 ay ərzində isə danışıq, oxu, dinləmə və qrammatika tam şəkildə öyrədilir.


Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev hələ ötən il 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi olunacağını bildirmişdi.


Aydan Hacı



Telegram kanalımız