600-dən çox bal toplayan abituriyentlərin üstünlük verdiyi ali təhsil müəssisələrinin adları açıqlanıb.


"Yeni Sabah" xəbər verir ki, yüksək bal toplayan abituriyentlərin ən çox seçdiyi universitetlər arasında Azərbaycan Tibb Universiteti ilk sırada qərarlaşıb.


Belə ki, 600-dən çox bal toplayan 831 abituriyent Azərbaycan Tibb Universitetini seçib. pizza


Siyahıda yer alan digər universitetlər və onları seçən abituriyentlərin sayı belədir:


Bakı Dövlət Universiteti – 505 nəfər


ADA Universiteti – 285 nəfər


Bakı Ali Neft Məktəbi – 265 nəfər


Azərbaycan Dövlət İqtisad Universiteti – 234 nəfər


Qarabağ Universiteti – 196 nəfər


Naxçıvan Dövlət Universiteti – 166 nəfər


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 95 nəfər


Dövlət İdarəçilik Akademiyası – 83 nəfər


Bakı Mühəndislik Universiteti (İNHA ilə) – 76 nəfər


Milli Aviasiya Akademiyası – 50 nəfər


Türkiyə–Azərbaycan Universiteti – 42 nəfər


Dövlət Gömrük Komitəsinin Akademiyası – 19 nəfər


Aytac Əliyeva



Telegram kanalımız