Hazırda paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.


"Yeni Sabah" xəbər verir ki, yollardakı son vəziyyətə əsasən, aşağıdakı istiqamətlərdə sıxlıq qeydə alınıb:


Bakı-Sumqayıt şosesi – "Xırdalan" dairəsi istiqamətində; Toyuqlu pizza


Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;


Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;


Babək prospekti – mərkəz istiqamətində;


Dənizkənarı küçəsi – Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;


Niyazi küçəsi – "Azneft" dairəsi istiqamətində;


Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;


Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;


Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;


Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;


Heydər Əliyev prospekti – köməkçi yol, "Koroğlu" metro stansiyası istiqamətində;


Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;


28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.


Sürücülərə sözügedən istiqamətlərdə hərəkət edərkən nəzərəçarpacaq sıxlıqla qarşılaşa biləcəkləri bildirilir.


Aytac Əliyeva



Telegram kanalımız