Kəlbəcər rayonunda intensiv leysan və dolu yağıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Xidmətin avqustun 28-i saat 15:30-a olan məlumatına əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışı ilə birlikdə diametri 10–12 mm olan dolu yağıb. pizza hut


Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisində isə saat 15:02–15:16 radələrində daha iri – diametri 15–20 mm olan dolu qeydə alınıb.


Aytac Əliyeva



Telegram kanalımız