“Transformerlər” franşizasında "Optimus Prime" obrazını səsləndirən kanadalı aktyor Piter Cullen 85 yaşında vəfat edib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.


Aktyor avqustun 27-də ABŞ-ın Los-Anceles şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Sezar pizza


Piter Cullen bir neçə onillik ərzində "Optimus Prime" obrazını səsləndirib. Onun səsi Maykl Beyin “Transformerlər”, “Bumblebee” və “Transformers: Rise of the Beasts” filmlərində də eşidilib.


2023-cü ildə aktyor uşaq və ailə televiziyası sənayesinə verdiyi töhfələrə görə “Emmi” mükafatına layiq görülüb./Axşam.az



Telegram kanalımız